18 oktyabr, 2020
Bu yazını oxuyarkən, ilkin olaraq hətta ATƏT-in MİNSK qrupu və digər beynəlxalq təşkilatların aciz qalmış bəyanatları kimi, bu bəyanatın da mühüm təsirinin olmayacağını nəzərə almaq lazımdır. Buna görə də, bu yazının məqsədi ölçülə bilən təsir yaratmaq deyil, əksinə, keçmişdə gücsüz olan və artıq bu mübarizədən geri çəkilməməkdə israrlı olan şəxs və qrupların, bu gün və gələcək üçün olan prinsiplərin elanıdır.
Bu mübarizə bərabərsizlik, zülm, milli-dövlətlərin məntiqi və imperialist ambisiyalar səbəbiylə müntəzəm olaraq baş qaldıran silahlı qarşıdurmalara və insan ləyaqətini alçaldan, əzən və diskriminasiyaya məruz qoyan avtoritar rejimlərə qarşı aparılır.
Ermənistan-Azərbaycan silahlı toqquşmalarını və poqromlarını tamamlayan müharibəni dayandırmaq və yeni müharibələr ehtimalını aradan qaldırmaq üçün hazırkı mübarizə yalnız müharibə əleyhinə mübarizə deyil. Bu həm də, müstəmləkəçiliyə, kapitalizmə və faşizmə qarşı mübarizənin bir hissəsidir. Təəssüf ki, bu mübarizə iki tam miqyaslı müharibə və ölümcül pandemiya dövründə aparılmalı oldu.
Bu cür mətnlər yazmaq həm də mövcud hadisələrdən müəyyən qədər uzaqlaşmaq və gerçəkliyi daha geniş miqyasda görmək üçün bir fürsət kimi nəzərdə tutula bilər. Baxmayaraq ki, hər iki tərəfdən də minlərlə insanın həlak olması müharibədən tam qopmağımıza imkan vermir.
Bu müharibə sentyabrın 27-də Azərbaycan siyasi elitalarının əmri və Türkiyə hakimiyyətinin hərtərəfli dəstəyi ilə başladı. Amma bu müharibə 1994-cü ildəki donmuş müharibənin gözlənilən davamı idi. Bundan əlavə, onilliklərlə davam edən uzun, pərakəndə və məxfi danışıqların uzanması səbəbi, Azərbaycan və Ermənistanın siyasi elitası tərəfindən insan həyatları üzərindən zümrə/iqtisadi maraqlara, şovinizm və siyasi məqsədlərə üstünlük verilməsi, cəmiyyətlərin bir-birindən təcrid olunması, sülh şəraitində birlikdə mövcudluğunu davam etdirmək görüşünün kökündən qoparılması və vakum ab-havasının yaradılması heç vaxt sülh gətirmədi.
Etiraf etməliyik ki, nə liberallar, nə də ki sosialistlər əsaslı danışıqların aparılmasını mümkünsüz edən bu ksenofobik dilə qarşı gələ bilmədilər. Köçəryanın təqdim etdiyi ermənilər və azərbaycanlıların genetik uyğunsuzluğu barədə cəfəngiyatı çoxları tərəfindən inkaredilməz bir həqiqət kimi qəbul edildi.
Bölgədə daha aqressiv siyasət yürüdən iki keçmiş imperiya öz növbəsində bu müharibə üçün möhkəm zəmin hazırlamışdı. Dağılmış imperiyaların xəritələrini rəhbər kimi saxlayan insanların dəstəyi ilə iqtidara gəlmiş türk və rus diktatorlar, eyni dili danışırlar.
2018-ci il kütləvi xalq hərəkatı “Məxməri inqilab” və onun “Mülki Müqavilə” partiyası nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan on illərdir öz işini görən təbliğat maşınınından təsirlənmədimi? Əlbəttə təsirləndi. Bunun bariz nümunəsi Nikol Paşinyanın Stepanakertdən verdiyi açıqlamadır: “Artsax Ermənistandır”. Biz əminik ki, əsaslı və şəffaf danışıqlar, qarşılıqlı güzəştlər, ədalətin bərqərar olmasının vacibliyi və davamlı sülhün təmin edilməsindən irəli gələn danışıqlar prosesi sayəsində bu faciədən qaçmaq mümkün olardı.
Müharibə insanları qorxulu şəkildə dəyişir. Bu, onların məsələlərə qavrayışını və sülh danışıqlarına baxışını dəyişdirir. Müharibə kontekstində həm Ermənistanda, həm də Azərbaycanda yayılan yeni bir diskurs yaradılır: “Müharibəni gələcək nəslə ötürməməliyik”. Bunu həm erməni həm də azərbaycanlı könüllülər və çağırışçılar deyir.
Mifləşdirilmiş tarix dərsliyi, şəxsi və kollektiv qəm və travma, mediyada qarşı tərəflərin yaratdığı təxribat, eləcə də millət dövlətlərinin ləyaqət prinsipi, müharibə, məhv etmə və özünü məhv etmə yolunu seçməyə sövq edir.
Biz tam şüurumuzla sülhü seçirik.
Bütün itkilərə və müharibənin dağıntılarına görən müharibəni seçənlər məsuliyyət daşıyır. Eyni zamanda fərd və ya toplum halında olmağından asılı olmayaraq bütün müharibə əleyhinə olan insanlar hər iki tərəfin törətdiyi müharibə cinayətlərinin araşdırılmasını və məsuliyyət daşıyan insanların cəzalandırılmasını tələb etməlidirlər. Müharibəyə qarşı olmağın ilk mərhələsi ona qarşı çıxmaq daha sonra isə baş verən vəhşətin məsuliyyətini boynuna almaqdır.
Propagandaçı mediyanın təsiri səbəbi ilə bu vəhşiliklər fərqli növ barbarlıq şəklində təzahür edir. Meyidlərin və yaralı əsgərlərin təhqir olunması, əsir düşmüşlərin qətl edilməsi, cəsədlərin yağmalanması artıq döyüş meydanında gedən müharibənin bir parçası olmaqdan çıxıb və kütləvi informasiya vasitələrinin məhsuluna çevrilib. İstehlak cəmiyyətinə informasiya ötürən sadə insanlar isə miras götürdükləri şanlı müharibə etmək missiyasını “Xalqa”, “Tanrıya”, “Dostlarına”, “Qohum və əcdadlarına” ötürürlər. Yəqin ki, hərbi melodrama və yeniyetmə əsgərlərin as qala “erotikləşmiş” şəkillərinin yanında pornoqrafiya və müharibə cinayətlərinin dağıdıcı şəkilləridir reallıq.
Qadağan olunmuş narkotik vasitə kimi, bu bir tanışdan digərinə yayılır. Arxa cəbhədə olanlar üçün isə dövlət tərəfindən və ya kortəbii şəkildə paketlənmiş bu narkotik vasitə ya panik atak ya da eyforiya yolu ilə apatiya hissini daha da ləngidir. Bax beləcə vəhşət və kütləvi insan qırğını normallaşdırılır. Və müharibə bitdikdən sonra belə partlamamış mina kimi bizimlə yaşamağa davam edir.
Biz ağlımızdan da keçirməzdik ki, bu yeni növ nekrofiliya hər iki ölkənin xəbər başlıqlarını bu qədər sürətlə doldura bilər. Bu soyqırımının yeni lüğətlərlə və yeni yollarla təzahürüdür və qəbulolunmazdır.
Müharibədən sonrakı sülh-quruculuğu üçün ilkin addımlardan biri də hər iki icmanın hüquqlarının açıq şəkildə tanınması olmalıdır. (Ermənistandakı yeni idarəçiliyin də son 2 ildəki görünən çatışmazlığı da bundan ibarət idi) Eyni zamanda Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə və təhlükəsizlik təminatı ilə yanaşı Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulan Azərbaycan icmasınının da hüquqlarını xatırlatmalıyıq. Daha vacibi odur ki, bu hüquqlar Ermənistan ictimaiyyəti və erməni diasporası tərəfindən qəbul edilsin.
Bu bizə Azərbaycandan qovulan erməni icması ilə yanaşı, Ermənistan və köhnə Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindən qovulan Azərbaycan icmasının da hüquqlarının bərpasından danışmaq üçün çıxış yoludur.
Hətta müharibənin bu cür keşməkeşli günlərində belə biz unutmamalıyıq ki, xəritədə göstərilən ərazilər insanların yaşayış məskənidir: Bir çox erməni və azərbaycanlı üçün onlar itirilmiş evlər deməkdir.
Qaçqınların hüquqlarının bərpası ətrafında müzakirələr birinci və ya 2ci dərəcəli əhəmiyyət daşıyan hüquqlar demək deyil. Etnik mənsubiyyətindən, yaşadığı ölkədən və digər icmaya münasibətindən asılı olmayaraq, bu insanlar millətçiliyin və müharibənin qurbanları, həll edilməmiş münaqişənin girovlarıdırlar.
Müharibənin getdiyi bir zamanda qaçqınların hüquqlarının tam bərpası və şəxslərin təhlükəsizliyinin qorunması barədə danışmağın necə çətin olduğunu başa düşürük. Lakin sülh və ədalət tərəfdarları bir şeyi etiraf etməlidirlər: Pozulmuş hüquqlara laqeydlik ədalətsizlikdən və qarşılıqlı nifrətin davam etməsindən başqa heç nə verməyəcək.
İşğaldan sonra, köhnə Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Dağlıq Qarabağa siyasi status almaq üçün vasitə kimi istifadə edildi. Ətraf ərazilərin qaytarılması qarşılığında Dağlıq Qarabağa siyasi status. Lakin zaman keçdikcə yavaş-yavaş, elita və intelligentsiya siyasi əlverişlilik arqumentindən yola çıxaraq bu əraziləri təhlükəsizlik təminatı kimi qiymətləndirməyə (bu arqumentin necə də səhv olduğunu görmək üçün bugünkü katastrofik reallığa baxmaq kifayətdir) və sonra da onu qan bahasına azad olunmuş müqəddəs torpaqlar olaraq xarakterizə etməyə başladılar.
İnsanlar sanki müharibənin əbədiliyi üçün ölmüşdülər.
Bu diskursiv transformasiya həm də kapitalist mənimsəmə meyillərinin nəticəsi idi. Bu ərazidə yaşayan əhalinin hansı hissəsi yaşadığı özəl mülkiyyətin xidmətçisi olaraq qalırlar? Azərbaycan tərəfindən başladılan müharibə nəticəsində qaytarılan “kvadrat metrlər” həqiqətən də birinci müharibə nəticəsində qovulan insanlara ev mi olacaq, yoxsa keçmiş sahiblərinin əlində yeni sığınacağa mı çevriləcək?
Biz hər birimiz kapital və baş verənləri müqəddəsləşdirən bu dərkedilməz burjua ideologiyasına məğlub olmuşuq. Torpaq kapitalistin mülkü olduğu halda, kapitalın cibini dolduran ideologiyalar inandırıcı şəkildə belə bir illuziya yaradıb ki, sanki bu torpaqlar xalqa məxsusdur, istər erməni xalqı olsun istərsə də Azərbaycan xalqı olsun. Torpaqlara millilik, sərhədlər və çəpərlər bəxş olunub. Mülkiyyət hüquqları müqəddəsləşdirilib.
Biz sinfi həmrəyliyin və sinfi dostluğun öz etibarını itirməsinə və milli kimlik qalasında mühasirəyə alınmağa özümüz şərait yaratmışıq. Lakin erməni və Azərbaycan adlanan bu qalalar yüksəldikcə, bizi birləşdirən bu dairə də daralır. Bu onilliklər çəkən münaqişə bizdən hər şeyimizi alıb. Sarsılmaz istismarçı siyasəti, ədalətsizliyi və qeyri-bərabərliyi legitimləşdirib, ,bizim qürur xəyal və arzularımızı şikəst edib. Biz doğrudanmı kapitalist sistemin diktəsinə məğlub olacaq, geri çəkilərək öz varlığımızın əsası olan hüquqlarımızı təslim edəcəyik? Biz həqiqətənmi bu səfər də düşmənçilik və kədər qazanmaq qarşılığında münaqişənin iztirab və məyusluq doğuran bu iki tərəfindən birini seçməyə təhkim olunacağıq?
Hüquqların sülh və zəruri mübarizə missiyası yolu ilə bərpası, cəmiyyətlərin inqilabiləşdirilməsi bütün proqressiv qrupların, məxsusi olaraq anti-avtoritar, anti-kapitalist, anti-kolonial, feminist və ətraf-mühitçi qrupların əsas missiyası olmalıdır. Əgər yeganə yol budursa, onda məhz bu qruplar təhlüksiz sülhün və harmonik inkişafın elçisi missiyasını öz çiyinlərinə götürməlidir.
Biz əgər bundan əvvəlki və cari supergüclərin milli məsələləri siyasi alətə çevirməsi probleminə daha geniş baxarsaq, görərik ki, bu yalnız regionun xalqları tərəfindən xarici imperiyal güclərin xalqları oyuncaq kimi istifadə etməsini dayandırmaqla həll oluna bilər.
Biz tarixin milli-dövlət paradiqmasını aşmalı olması vacibiyyətini tam olaraq dərk edir, ədalətli, azad, bərabər (eqalitar), həmrəy və ahəngdar inkişaf cəmiyyəti mühitini yaradılmasını təmin edirik. Bu vacibiyyətin fərqində olan istənilən fərd qlobal bir mübarizənin parçasıdır. Lakin onu da xatırladaq ki, istənilən məhəlli səviyyəli və qısa-müddətli həll gərəkən fəaliyyət belə aydıın bir agenda ilə həyata keçirilməlidir. Biz təklif edirik ki, bu fəaliyyətlər Azərbaycandakı və digər ölkələrdəki dostlarımız üçün bir bələdçi rolunu oynasın.
- Atəşkəs bu dəqiqə!
- Müharibəni çıxdaş edən diskurs bərqərar olsun istəyirik. Sülhün bərqərar olmasına təminat verməyən qeyri-demokratik və mizantrop (qeyri-insani) hökümətlər qoy öz qanuniliklərini itirsinlər. Səfərbərlik boyunca hüquqları tapdalanmış insanlara dəstək! Hər iki tərəfdəki müharibə cinayətlərinə səsini çıxarmaq və pisləmək.
- İnsanların hüquqlarının tam bərpasını sərhəd iddialarından yüksəkdə tutan diskursun bərqərarı olması.
- Həmrəylik, maraqların kəsişməsi, fərdi, təşkilati və icma səviyyəsindəki çətinliklərin təfəkkürünün xalq diplomatiyasının bütün yol və vasitələrinin tətbiqi ilə inşası
- Regionun (ilk olaraq Azərbaycan və Ermənistanın və daha sonra isə digər ölkələrin) silahsızlaşdırılması. Hücum silahlarının proporsional və dayanıqlı olaraq çöplüklərə atılması (həm real çöplüklərə, həm də tarixin çöplüyünə)
Yaşasın sülh və sabah bizi gözləyən inqilab!
Aram Amirbekyan
Hrayr Savzyan
Gayane Ayvazyan
Anton Ivchenko
Davit Selimyan
Milena Abrahamyan
George Qehyan
Arevik Martirosyan
MZ
Gevorg Mnacakanyan
Haik Petrosyan
Alla Parunova
Qamee Abrahamyan
Stella Chandiryan
Armine Zakaryan
Hasmik Geghamyan
Sona Dilanyan
LS
Lilith Hakobyan
Ani Tuniants
Marusya Sepkhanyan
Milena Adamyan
Ani Tadevosyan
arthur sharoyan
VS
Rubina Shahnazaryan
Ran Vosseyan
Tamar Shirinyan
Eliza Mkhitaryan
Kovalova Oleksandra
Julia Kislev
Yulia Adelkhanova
Rovshana Orujova
Leon Rafi Aslanov
Gohar Shahnazaryan
Christina Soloyan
Anna Abramyan-Bagramyan
Sati Sargsyan
A Artoonian
LWB
Anahid Yahjian
Antti Rautiainen
Melanie Goushian
Anna Omelchenko Gharibyan
Arthur Avakov
Rezi
Alexey Sergienko
Vano Chelovekov
Tamta Tatarashvili
Ruslan Usifov Wizzacaveats-Zade
Ani Revazyan
Dallakyan Olgert
Tatiana Rita Yusuf
VS
Arthur Minasyan (joining with reservations)
Zoe Clausen
Avetik Karagulyan
dm
Olga Chernyshova
Inna Dimitryan
Shyngys Toleubaev
Alexander L.
Vasiliy Maksimov
E. V.
Zhasmina Gyozalyan
Flora Ghazaryan
Hasan Kasumov
Anna Harutyunyan
Ani Revazyan
Artak Adam Arakelyan
Kristine Shahoyan
Mkhitaryan Ruben
Razmik
Sophia Armen
Stepan Danoyan
Diego Ardouin
Nik Matheou
Alex Bearhug
Denis Dreisbusch
Sergey K
Nijat Yusubov
Asatryan Sirarpi
Grigor Ohanyan
Mane Grigoryan
Jonas Rein
AA
Thibaut Manoukian
Nona Shahnazarian
Samir Ibrahimov
Join the statement here: https://forms.gle/3fWnf61rnsm7vYwp8
Armenian: shorturl.at/iqQZ7
Russian: shorturl.at/cmAT2
English: shorturl.at/tHILZ
Georgian: shorturl.at/fxyFG
German: shorturl.at/oxMQ2
French: shorturl.at/jvwOX
Czech: shorturl.at/eqLSZ
Spanish: shorturl.at/amqE3